Türkiyə Superliqası: “Trabzonspor” “Dənizlispor” klubunu məğlub etdi

Türkiyə Superliqası: “Trabzonspor” “Dənizlispor” klubunu məğlub etdi

Hazırda oxunan: Türkiyə Superliqası: “Trabzonspor” “Dənizlispor” klubunu məğlub etdi

10837

Fevralın 4-də futbol üzrə Türkiyə çempionatında XXIII tur çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Dənizlispor”u qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini minimal hesabla məğlub edib. Trabzon təmsilçisinin yeganə qolunu 61-ci dəqiqədə Anastasios Bakasetas vurub.

Günün digər oyununda "Göztəpə" və "Yeni Malatyaspor" klubları qarşılaşıblar. Bu matçda isə qalib müəyyənləşməyib - 2:2.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 45 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Beşiktaş” qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO