Fərid Qayıbov bu idmançıları TƏLTİF ETDİ - FOTO 

Fərid Qayıbov bu idmançıları TƏLTİF ETDİ - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov bu idmançıları TƏLTİF ETDİ - FOTO 

108047

Gənclər və idman naziri Fərid Qayıbov noyabrda qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, tədbirin əvvəlində F.Qayıbov “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” və “Azərbaycan Respublikasının İdman Ustası” fəxri adlarına layiq görülmüş idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. 

İdmançıları salamlayan nazir bildirib ki, onlar beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən F.Qayıbov idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb. 

Kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitness idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar. 

Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub. 

Qeyd edək ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO