Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

10784

“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü - “Opera Euro Rapid” mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri müəyyənləşib.

Bizim.Media-nın məlumatına görə, şahmatçımız fevralın 6-da start götürəcək yarışın birinci turunda ilk qarşılaşmasını Matias Blubauma (Almaniya) qarşı keçirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

“İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm” - Teymur Rəcəbov


Günün sonrakı 3 qarşılaşmasında isə amerikalı şahmatçılar Sem Şenkland, Leyner Dominqez və Polşa təmsilçisi Yan-Kşıştof Duda olacaq. Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

Sentyabradək davam edəcək “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO