DÇ-2022: Neymar 1/8 final oyununda iştirak edə biləcək

DÇ-2022: Neymar 1/8 final oyununda iştirak edə biləcək

Hazırda oxunan: DÇ-2022: Neymar 1/8 final oyununda iştirak edə biləcək

107809

Braziliya millisinin futbolçusu Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda iştirak edə biləcək.

Bizim.Media xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Tite mətbuat konfransında açıqlama verib. O, 30 yaşlı hücumçunun zədəsini sağaltdığını və meydana çıxmağa hazır olduğunu söyləyib.

Serbiyanı 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin ilk tur matçında zədələnən təcrübəli forvard növbəti 2 görüşü buraxıb.

Qeyd edək ki, dekabrın 5-də keçiriləcək Braziliya - Cənubi Koreya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO