Məğlubiyyətin səbəbkarı mənəm -

Məğlubiyyətin səbəbkarı mənəm - "Kəpəz"in baş məşqçisi 

Hazırda oxunan: Məğlubiyyətin səbəbkarı mənəm - "Kəpəz"in baş məşqçisi 

107804

"Məğlubiyyət xoş deyil. Uduzmaq həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik".

Bizim.Media xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Gəncədə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, ölkə kubokunda qalib gəldikləri komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi:

"Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik".

Əhmədovun sözlərinə görə, artıq irəli baxmaq lazımdır:

"Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO