“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı

“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı

Hazırda oxunan: “Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı

107628

Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq. 

Əvvəlcə “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı isə “Sabah”la “Şamaxı” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Neftçi”yə 4:0 hesabıyla qalib gəlib. “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə sabah keçiriləcək. 

Azərbaycan Premyer Liqası 

XVI tur 

3 dekabr 

“Qəbələ” – “Səbail” 

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov. 

Qəbələ şəhər stadionu, 14:30. 

“Sabah” – “Şamaxı” 

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov. 

“Bank Respublika Arena”, 17:00.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO