Bu gün 1/8 final mərhələsinə start veriləcək - DÇ-2022

Bu gün 1/8 final mərhələsinə start veriləcək - DÇ-2022

Hazırda oxunan: Bu gün 1/8 final mərhələsinə start veriləcək - DÇ-2022

107619

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. 

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq. 

DÇ-2022, 1/8 final 

3 dekabr 

19:00. Niderland - ABŞ 

Baş hakim: Vilton Sampayo (Braziliya) 

“Xəlifə” stadionu 

23:00. Argentina - Avstraliya 

Baş hakim: Şimon Marçinyak (Polşa) 

“Əhməd ibn-Əli” stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO