Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster ikinci yarış günündə ABŞ-ı təmsil edən Hikaru Nakamura, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gəlib.
IV turda Nakamuraya və VI turda Eriqaisiyə uduzan Məmmədyarov V turda Maqsudlu ilə dueldən sülhlə ayrılıb.
Əvvəlki üç görüşündə qələbə qazanan şahmatçı hazırda 3,5 xalla 2-3-cü yerləri bölüşdürür. Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:28 / 01.12.2022
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov qələbəsiz qaldı
Hazırda oxunan: "Tata Steel İndia": Şəhriyar Məmmədyarov qələbəsiz qaldı
Hazırda oxunan: "Tata Steel İndia": Şəhriyar Məmmədyarov qələbəsiz qaldı
107197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.