ABŞ İranı, İngiltərə Uelsi məğlub etdi

ABŞ İranı, İngiltərə Uelsi məğlub etdi

Hazırda oxunan: ABŞ İranı, İngiltərə Uelsi məğlub etdi

107027

Qətərdə keçirilən dünya çempionatının B qrupunun üçüncü turunda İran və ABŞ yığmaları qarşılaşıblar.

Bizim.Media xəbər verir ki, ABŞ komandası rəqibini 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu ABŞ yığmasından 38-ci dəqiqədə Kristian Pulişiç vurub.

Bu nəticə ilə xallarının sayını 5-ə çatdıran ABŞ millisi qrupda ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. Səkkizdəbir finalda onun rəqibi A qrupunun birincisi Niderland yığması olacaq.

B qrupunda isə İngiltərə Uels komandasını böyük hesabla məğlub edib. Matçın ilk iki qolu iki dəqiqə ərzində vurulub. Belə ki, İngiltərə komandasından Markus Reşford 50-ci, Fil Foden isə 52-ci dəqiqədə fərqləniblər. Komandanın üçüncü, özünün isə ikinci qolunu Markus Reşford matçın 68-ci dəqiqəsində rəqib qapısından keçirib.

Yekun nəticəyə görə 7 xal toplayan İngiltərə komandası səkkizdəbir finala vəsiqə qazanıb. Növbəti mərhələdə yığmanın rəqibi A qrupunda ikinci yeri tutan Seneqal millisi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO