Ronaldonun vurduğu qolu sübut etmək üçün FİFA-ya məktub göndərildi

Ronaldonun vurduğu qolu sübut etmək üçün FİFA-ya məktub göndərildi

Hazırda oxunan: Ronaldonun vurduğu qolu sübut etmək üçün FİFA-ya məktub göndərildi

107022

Portuqaliya Futbol Federasiyası FİFA-ya məktub göndərəcək.

Bizim.Media-nın məlumatına görə, məktubda Qətərdə keçirilən DÇ-2022-nin 2-ci turunda Portuqaliya - Uruqvay matçında (2:0) ilk qolu Kriştiano Ronaldonun vurması sübut olunacaq.

Bu barədə "El Chiringuito" məlumat yayıb. Portuqaliya Futbol Federasiyası həmin epizodda qolu yığmanın digər üzvü Bruno Fernandeşin yox, kapitan Kriştiano Ronaldonun vurduğunu düşünür.
Ona görə də federasiya bu epizodla bağlı sübutları FİFA-ya təqdim edəcək. 

Qeyd edək ki, Bruno Fernandeşin ilk qolu vurduğu zaman Ronaldo topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolu Fernandeşin adına yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO