Atıcılıq üzrə Federasiya Kubokunun 3-cü mərhələsi YEKUNLAŞDI – FOTO

Atıcılıq üzrə Federasiya Kubokunun 3-cü mərhələsi YEKUNLAŞDI – FOTO

Hazırda oxunan: Atıcılıq üzrə Federasiya Kubokunun 3-cü mərhələsi YEKUNLAŞDI – FOTO

106989

Atıcılıq üzrə Federasiya Kubokunun 3-cü mərhələsi başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın məlumatında bildirilib. 

Məlumata görə, 10 fərdi və 3 qarışıq komanda növündə keçirilən yarışda ölkə üzrə 99 atlet iştirak edib. Yarış Bakı Atıcılıq Mərkəzində keçirilib. 

Federasiya Kuboku il ərzində 3 dəfə keçirilir. Yarışın məqsədi ölkə üzrə güclü oyunçuların müəyyənləşdirilməsi, atıcılıq idmanının kütləviləşdirilməsi, gənclərin bu idman növü üzrə peşəkarlaşdırılmasıdır. 
Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycanda Atıcılıq üzrə Federasiya Kuboku belə geniş iştirakçı tərkibi ilə keçirilib. Noyabrın 23-dən başlayıb 1 həftə davam edən yarışda həm güllə, həm də stend atıcılığı növü üzrə xeyli sayda ilk dəfə iştirak edən və nəticə göstərən gənc olub. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO