İran ABŞ milli komandasına 10 oyunluq cəza tələb etdi

İran ABŞ milli komandasına 10 oyunluq cəza tələb etdi

Hazırda oxunan: İran ABŞ milli komandasına 10 oyunluq cəza tələb etdi

106752

İran Futbol Federasiyası ABŞ milli futbol komandasına ölkələrinin ləyaqətini təhqir etdiyi üçün 10 oyunluq cəza tələb edib.

Bizim.Media xəbər verir ki, İranda  ABŞ komandasının mətbuat xidmətinin üzərində İslam Respublikasının gerbi olmayan İran bayrağının fotosunu yaydıqlarından narazı qalıblar. Amerika millisinin nümayəndələri ilə bağlı şikayət FİFA-nın Etika Komitəsinə göndərilib.

Bundan əvvəl ABŞ komandasının mətbuat xidməti sosial şəbəkələrdə İranın rəsmi bayrağından imtina qərarını “İranda elementar insan hüquqları uğrunda mübarizə aparan qadınlara dəstək” kimi izah etmişdi.

Xatırladaq ki, son vaxtlar İranda dövlət quruluşuna qarşı etiraz aksiyaları keçirilir. Artıq ikinci aydır ki, Məhsa Əmininin öldürülməsindən sonra ölkədə iğtişaşlar, mitinqlər və toqquşmalar baş verir.
Qız "nalayiq şəkildə hicab geyinmədiyi" üçün polisin müavini tərəfindən saxlanılıb, o, sonradan komaya düşüb və dünyasını dəyişib. İran mətbuatının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Əminini şiddətlə döyüblər və bu, onun komaya düşməsinə səbəb olub.

Zakir Abbas, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO