DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub etdi - VİDEO

DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub etdi - VİDEO

Hazırda oxunan: DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub etdi - VİDEO

106594

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamid Sabiri, 90+2-ci dəqiqədə isə Zakariya Abuhlyal fərqlənib.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO