Uels millisinin baş məşqçisi:

Uels millisinin baş məşqçisi: "Məğlubiyyətə layiq idik" 

Hazırda oxunan: Uels millisinin baş məşqçisi: "Məğlubiyyətə layiq idik" 

106380

Uels millisinn baş məşqçisi Rob Peyc DÇ-2022-nin 2-ci turunda İrana uduzduqları matç (0:2) barədə fikirlərini bölüşb.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis komandasının məğlubiyyətə layiq olduğunu deyib.

"Əlbəttə, rəqib qələbəyə layiq idi. Mən əvəzləmələr etməzdən əvvəl onlar qapı dirəyinə zərbə vurdular. Birinci hissədə İranın qol vurmasına icazə vermədik. Mən burada üzümü turşudaraq oturub bu oyunda heç nəyə layiq olmadığımızı söyləməyəcəm.
Biz ümumiyyətlə, oyunda deyildik. Bir və ya iki futbolçunun problemi olarsa, bu yükü daşıya bilərsiniz. Lakin komandanın əksəriyyəti tam hazır olmayanda, təəssüf ki, yalnız bir nəticə olacaq.

Məyus oldum. Ona görə ki, son aylarda müəyyən etdiyimiz standartlardan xeyli aşağı düşmüşük. Mən hər oyundan əvvəl futbolçulara "Çıxın və hər gün bizə nə göstərdiyinizi dünyaya göstərin", - deyirdim. Bu məğlubiyyətə layiq idik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO