Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son matçında Niderland və Ekvador yığmaları qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya hesabı bərabərləşdirib.
Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.
Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:32 / 25.11.2022
Niderland və Ekvador oyunu heç-heçə bitib - VİDEO
Hazırda oxunan: Niderland və Ekvador oyunu heç-heçə bitib - VİDEO
Hazırda oxunan: Niderland və Ekvador oyunu heç-heçə bitib - VİDEO
106366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.