DÇ-2022: İran Uelsi məğlub ETDİ

DÇ-2022: İran Uelsi məğlub ETDİ

Hazırda oxunan: DÇ-2022: İran Uelsi məğlub ETDİ

106297

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib. 

Bizim.Media xəbər verir ki, mundialın 6-cı oyun günü B qrupunun matçı ilə başlayıb.

Uels millisi “Ahmed bin Ali” stadionunda İranla görüşüb. İlk turda qələbə qazanmayan yığmaların duelinin taleyini son dəqiqə qolları həll edib. 85-ci dəqiqədə meydanda azlıqda qalan britaniyalılar matça əlavə olunmuş dəqiqələrdə qapısında iki top görüb. 

Bu da DÇ-2022-də Asiya təmsilçisinə həm ilk xalları, həm də qələbəni qazandırıb. 

Qeyd edək ki, son turda Uels İngiltərə ilə, İran isə ABŞ-la qarşılaşacaq. Hər iki görüş noyabrın 29-da baş tutacaq. 

DÇ-2022, qrup mərhələsi 

25 noyabr, II tur 

B qrupu 

14:00. Uels - İran - 0:2 

Qollar: Ruzbeh Çeşmi,90+9, Ramin Rezaeian, 90+11

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO