DÇ-2022: İsveçrə qələbə ilə başladı

DÇ-2022: İsveçrə qələbə ilə başladı

Hazırda oxunan: DÇ-2022: İsveçrə qələbə ilə başladı

106085

Qətərdə təşkil olunan DÇ-2022-də beşinci oyun gününə start verilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçı G qrupunda baş tutub.

İsveçrə yığması Kamerunu sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən görüşün taleyi ikinci hissədə həll olunub.

Kamerun əsilli Bril Embolonun vurduğu top İsveçrəyə minimalhesablı qələbə qazandırıb. Onun fasilədən az sonra vurduğu qoldan sonra afrikalılar daha böyük qüvvə ilə irəli atılsa da, məğlubiyyətdən xilas ola bilməyib.

Qeyd edək ki, bu qrupun digər matçında Braziliya və Serbiya ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
DÇ-2022, qrup mərhələsi

24 noyabr, I tur

G qrupu

14:00. İsveçrə - Kamerun - 1:0

Qol: Bril Embolo, 48

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO