Millimiz Yunanıstanı məğlub etdi

Millimiz Yunanıstanı məğlub etdi

Hazırda oxunan: Millimiz Yunanıstanı məğlub etdi

10581

Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

Bizim.Media xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanla qarşılaşıb.

Afinadakı Daiss İdman Sarayında oynanılmış qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Vassura, daha sonra Eduardo Borges fərqlənib. Oyunda son nöqtəni isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.

Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.

Avropa çempionatı

Seçmə mərhələ, 3-cü qrup

20:00. Yunanıstan - Azərbaycan - 0:3

Qollar: Vassura, 2, Eduardo Borges, 2. Ramiz Çovdarov, 26

Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)

Afina, Daiss İdman Sarayı.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib.

Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO