Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazandı

Hazırda oxunan: Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazandı

105399

Azərbaycan təmsilçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində medal qazanıb.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq), qadınların yarışında isə Mədinə Sadıqova (55 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançıları kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib.

Qeyd edək ki, mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO