İdmançımız Bolqarıstanda qızıl medal qazandı

İdmançımız Bolqarıstanda qızıl medal qazandı

Hazırda oxunan: İdmançımız Bolqarıstanda qızıl medal qazandı

105225

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Abbas Hüseynov Bolqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 14 yaşadək yeniyetmə oğlanların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas finala gedən yolda ispan Qabriel Suarez (15:3), yunan Kristos Karamitsos (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib. Abbas ən güclü 4-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə yunan Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib.

İdmançımız gərgin keçən yarımfinal görüşündə bolqar Nikola Meitsovu (15:14) mübarizədən kənarlaşdırıb.

Abbas Hüseynov həlledici görüşdə Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək 13 ölkədən 66 iştirakçı arasında turnirin qızıl medalını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO