Boksçumuz dünya çempionatında növbəti qələbəsini qazandı

Boksçumuz dünya çempionatında növbəti qələbəsini qazandı

Hazırda oxunan: Boksçumuz dünya çempionatında növbəti qələbəsini qazandı

105032

Azərbaycan boksçusu Sənan Hətəmov İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. 

Hətəmov rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə üstələyib. O, İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdırmışdı. 

Boksçu 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq. 

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO