Daha bir taekvondoçumuz DÇ-də mübarizəyə başlayır

Daha bir taekvondoçumuz DÇ-də mübarizəyə başlayır

Hazırda oxunan: Daha bir taekvondoçumuz DÇ-də mübarizəyə başlayır

105031

Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. 

Bizim.Media xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Sədri Həmidreza ilk görüşündə Özbəkistanı təmsil edən Niyaz Pulatovla üz-üzə gələcək. 

Ötən gün 74 kq-da yarışan Eltac Qafarov təsnifat mərhələsində Çin Taypeyindən olan Çenqçi Veyə uduzub. 

Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO