“Futbolçular İrandakı qadınların hüquqları ilə bağlı etiraz aksiyalarına qoşula bilərlər” - VİDEO

“Futbolçular İrandakı qadınların hüquqları ilə bağlı etiraz aksiyalarına qoşula bilərlər” - VİDEO

Hazırda oxunan: “Futbolçular İrandakı qadınların hüquqları ilə bağlı etiraz aksiyalarına qoşula bilərlər” - VİDEO

105007

İranın futbol üzrə Milli komandasının baş məşqçisi Karluş Keyruş mətbuat konfransında maraqlı açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İran millisinin baş məşqçisi deyib ki, İran futbolçularının Qətərdə keçirilən Dünya Çempionatında oynayarkən ölkələrində qadınların hüquqları ilə bağlı etiraz aksiyalarına qoşula bilərlər.

“Lakin, onlar bunu turnirin qaydaları çərçivəsində etməlidirlər” deyə K. Keyruş söyləyib. 

Jurnalistin “qadınları repressiyaya məruz qoyan bir ölkəyə məşqçilik etməkdən qürur duyursunuzmu” sualına Keyruş suala cavab vermək üçün ona nə qədər pul ödəyəcəyini soruşub.

Daha sonra isə jurnalistlə baş məqşçi arasında qısa polemika yaşanıb.

Həmin görüntüləri sizə təqdim edirik: 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO