Dünya Çempionatını Azərbaycanda kimlər şərh edəcək? - SİYAHI

Dünya Çempionatını Azərbaycanda kimlər şərh edəcək? - SİYAHI

Hazırda oxunan: Dünya Çempionatını Azərbaycanda kimlər şərh edəcək? - SİYAHI

104871

Qətərdə keçiriləcək dünya çempionatının yayım hüququna sahib oyunların şərhçi heyəti bəlli olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Neftçi tv-nin əməkdaşı İsmayıl Abdullayev sosial şəbəkə hesabında yazıb.

O şəxsi hesabında bu barədə məlumatı İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimovun "Radio Enerji"də (101.1 FM) yayımlanan "Səhərin şərhi" proqramına açıqlamasında dediyini bildirib:

“Onun sözlərinə görə, mundialın matçlarını İTV kanalının əməkdaşları Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyevlə yanaşı, "CBC Sport"dan olan həmkarları Pərviz Musayev, Ramiz Mirzəzadə, Elnur Məmmədli, Ramil Cahangirov və Gündüz Abbaszadə şərh edəcək”.

Sonda İsmayıl Abdullayev bütün həmkarlarına uğurlar arzu edib:

“7 şərhçinin illər ərzində qazandığı təcrübədən maksimum yararlanacağına əminəm. Amma xüsusilə Əhməd Əliyevi vurğulamaq istəyirəm. Çox inanıram ki, "Neftçi TV" yetirməsi olan və şərhçi kimi ilk mundial həyəcanını yaşayacaq istedadlı qardaşımız da bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcək”.

Xatrladaq ki, Qətər-2022 Futbol üzrə Dünya Çempionatı noyabr ayının 20-də start götürəcək.

Zakir Abbas, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO