“Qarabağ” üçün Ağdamda arena tikiləcək

“Qarabağ” üçün Ağdamda arena tikiləcək

Hazırda oxunan: “Qarabağ” üçün Ağdamda arena tikiləcək

104804

"Layihə dövlət tərəfindən hazırlansa da, bizim fikirlərimiz də nəzərə alınıb".

Bizim.Media “report.az”a istinadın xəbər verir ki, bunu  "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Ağdamda "İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarixlə bağlı danışarkən deyib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda arenanın inşasına 2023-cü ildə başlanacağı və tikinti işlərinin 2026-cı ildə başa çatacağı bildirilib.

Çəlikəlin sözlərinə görə, tarixlə bağlı onlara hər hansı rəsmi məlumat verilməyib:

"Amma bilirik ki, Ağdamda arena tikiləcək. Çox böyük və müasir stadion olacağından xəbərimiz var".

Klub rəsmisi bildirib ki, layihələndirmə ilə bağlı onların da fikirləri soruşulub:

"Texniki məsələlər - soyunub-geyinmə otaqları, digər otaqlar, UEFA-nın tələbləri - barədə işçi qrupumuzdan məsləhətlər alınıb. Yəni biz məsələnin içində idik. Bütün lazımi məlumatları vermişik".

Direktor "köhlən atlar"ın Ağdamda məskunlaşması barədə danışmağın tez olduğunu söyləyib:

"Əsas odur ki, torpaqlarımız azad edildi, Ağdamımız qayıtdı və "İmarət" stadionumuz yenidən tikiləcək. İndi sevinəcəyimiz əsas məqam budur".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO