Boksçularımızın dünya çempionatında ilk rəqibləri müəyyənləşdi

Boksçularımızın dünya çempionatında ilk rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Boksçularımızın dünya çempionatında ilk rəqibləri müəyyənləşdi

104455

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

Bizim.Media xəbər verir ki, bu gün start götürəcək mundialda millimizin ilk rəqibləri dəqiqləşib.

Yarışın ilk günündə Tural Sarıyev (48 kq), Sənan Hətəmov (67 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) rinqə çıxacaqlar.

1/32 final mərhələsi

Sənan Hətəmov (67 kq) – Neri Kanaviri (Boliviya)

1/16 final mərhələsi

Tural Sarıyev (48 kq) – Titivat Flonqaurai ( Tayland )

Amin Məmmədzadə (51 kq) – Sing Mandenqbam (Hindistan)

Kamil Babayev (54 kq) – Riçard Erazo Çaça (Ekvador)

Mətin Məmmədov (57 kq) – Akjol Asilbek Uluu (Qırğızıstan)

Tacı Tağızadə (60 kq) – Li Makevoy (İrlandiya)/Muhammed Bursa (Türkiyə)

Daniel Xolostenko (71 kq) – Sahil Çauhan (Hindistan)

Rza Rzazadə (75 kq) – Antonio Leyva (Argentina)

Fətəli İsmayılov (80 kq) – Mixail Tsamalidis (Yunanıstan)

Rəşid Məmmədov (86 kq) – İbrahim Hamza (Misir)/Giorgi Dekanozişvili (Gürcüstan)

Mehparə Məmmədova (48 kq) – Lyuba Atanasova (Bolqarıstan)

Aysu Dərvişova (57 kq) – Quadalupe Peres (ABŞ)

1/8 final mərhələsi

Səbuhi Əlizadə (+92 kq) – Aleksandr Zelenski (Ukrayna)

Dünya çempionatında 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçu mübarizə aparacaq. Mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO