Dünya çempionatının “QOCA QURDLARI” - FOTOLAR

Dünya çempionatının “QOCA QURDLARI” - FOTOLAR

Hazırda oxunan: Dünya çempionatının “QOCA QURDLARI” - FOTOLAR

104430

Dünya Cempionatının start fitinə artıq 6 gün qalıb.

Bizim.Media oxucularımızın diqqətinə DC-nın ən yaşlı futbolçularını təqdim edir:

1. Atiba Hatcinson (39 yaş,9ay,7gün)


Kanada millisinin və Beşiktaşın kapitanının 39 yaşı var. O 2003-cü ildə milli karyerasına start verib. O vaxtdan etibarən 97 oyun keçirdib və 9 qol vurub.

2. Pepe (39 yaş,8ay,20 gün)


Portuqaliya millisiylə 2016-ci ildə Avropa Çempionu olan Pepe 20 yaşına kimi Braziliya millisindən cağırış gozləyib. Davətnamə gəlməyincə, o Portuqaliya vətəvdaşlığını götürür və 2007-ci ildə millidə debüt edir. Həmin vaxtdan etibarən, Pepe Portuqaliya millisinin heyətində 123 oyun keçirdib və 7 dəfə fərqlənib.

3. Eiji Kavaşima (39 yaş,7 ay,26 gün)


Yaponiyalı qapıçı milli karyerasına 2007-ci ildə start verib. Buna baxmıyaraq, o 1 il sonra Yaponiya millisində debüt edib və bu vaxta qədər 95 oyun keçirdib.

4. Dani Alves (39 yaş,6 ay,9 gün)


Barselonanın və Braziliya millisinin əfsanəsi 2006-cı ildən etibarən “Salesao”-nun heyətində 124 oyun keçirdib. O 2020-ci ildə Braziliya millisinin heyətində olimpiya çempionatının qizil medalını qazanıb.

Qeyd edək kı, Dünya Çempionati noyabrın 30-da başlayacaq və bu çempionat hər 4 oyunçu üşün son beynəlxalq turnir ola bilər. 

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO