İki şahmatçımız Avropa çempionatında medal qazandı

İki şahmatçımız Avropa çempionatında medal qazandı

Hazırda oxunan: İki şahmatçımız Avropa çempionatında medal qazandı

104402

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 12 yaşlı oğlanların yarışında Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.

Bu kateqoriyada onu yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.

10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Xatırladaq ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO