"Oyuna yaxşı başlamadıq. Elə görünürdü ki, sanki müdafiə olunmaq istəyirdik. Komanda qol buraxdıqdan sonra nəsə etməyə çalışdı. Niyə belə oynadığımızın səbəbini araşdıracağıq. Daha yaxşısına ümid edirdik. Alınmadı".
Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 14-cü turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Zirə” “Səbail”i məğlub etdi - VİDEO
"Dünyanın sonu deyil. Qarşıda oyunarımız var. Çalışacağıq ki, nəticələri yaxşılaşdıraq. Kəsərli hücumçu və vingerlərə ehtiyacımız var. Zədəlilər qayıtsın, sonra nəticələrə baxarıq. Bizim üçün kiminlə oynayacağımız fərq etmir. "Neftçi" ilə görüşə də qələbə üçün çıxacağıq. Bu gün yaxşı çıxış etmədik" - deyə o bildirib.
Mütəxəssis istefa haqda düşünüb-düşünmədiyi ilə bağlı söyləyib:
"Düşünmürəm. Ağlımdan da keçirmirəm. Məğlubiyyət öz səhvimizdən oldu. Keyta, Rəhim Sadıxov səviyyəli futbolçulardır. Onların ustalığı sayəsində qol vurdular".
Bizim.Media