Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

103918

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIV turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, hər iki matç paytaxtda baş tutacaq.

Günün ilk qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla beşinci, qonaqlar 10 xalla 7-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 20 dəfə üz-üzə gəliblər.

Bunların 13-də "qartallar", 3-də "dənizçilər" qələbə qazanıblar. Topların nisbətində də "Zirə"nin aşkar üstünlüyü var - 29:12.

Günün ikinci matçında "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək. "Ağ-qaralar" 26 xalla üçüncü, Qəbələ təmsilçisi 20 xalla dördüncü yerdədir. Tərəflər ölkə çempionatlarında 56 dəfə qarşılaşıblar. Bunların 26-da paytaxt klubu, 17-də qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Neftçi" öndədir - 84:67.

Azərbaycan Premyer Liqası, XIV tur

12 noyabr (şənbə)

16:00. “Zirə” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu.

18:30. “Neftçi” – “Qəbələ”

Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov

Hakim-inspektor: Feyzulla Feyzullayev

“Bakcell Arena”.

Qeyd edək ki, turun ilk görüşündə "Şamaxı" "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib. Turun “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO