Dohanın mərkəzində minlərlə işçi miqrant evlərindən qovulub. Azarkeşlər 2022-ci il dünya çempionatı zamanı orada yaşayacaqlar.
Bu, DÇ-2022-nin başlamasına 10 gün qalmış baş verib. Evlərindən çıxarılan əməkçi miqrantlar bunu mərkəzin dünya çempionatına gələn azarkeşləri qəbul etməsinə hazırlıq kimi dəyərləndiriblər.
1200 nəfərin yaşadığı bir evin sakinlərinə evdən çıxmaq üçün iki saat vaxt verilib, bəzilərinin əşyalarını götürməyə belə vaxtı olmayıb. Evdən çıxarıldıqdan sonra çoxları gecəni küçələrdə keçirib.
Qətər hökuməti, köçürülmələrin Dünya Kuboku ilə heç bir əlaqəsi olmadığını söyləyib. Bildirilib ki, bu addım uzun zamandır icrasına hazırlaşdığımız "Dohanın məhəllələrini yenidən təşkil etmək” planına uyğun olaraq atılıb.
Amma niyə DÇ-2022-nin başlamasın 10 gün qalmış? Sual cavabsız buraxılıb.
Zakir Abbas, Bizim.Media
- A-
- A
- A+
İdman
17:34 / 11.11.2022
DÇ-2022: Dohanın mərkəzindən insanları qovurlar
Hazırda oxunan: DÇ-2022: Dohanın mərkəzindən insanları qovurlar
Hazırda oxunan: DÇ-2022: Dohanın mərkəzindən insanları qovurlar
103845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.