Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Ağdamın "Qarabağ" klubunun da rəqibi bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən "köhlən atlar" Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.
Səpələnməmişlər səbətində olan ölkə çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın bütün səpələnməmişlər kimi ilk oyunu evdə gerçəkləşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:12 / 07.11.2022
Bu gün “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi bəlli olacaq
Hazırda oxunan: Bu gün “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi bəlli olacaq
Hazırda oxunan: Bu gün “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi bəlli olacaq
103149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.