Daha bir cüdoçumuz Böyük Dəbilqədə qızıl medal qazandı

Daha bir cüdoçumuz Böyük Dəbilqədə qızıl medal qazandı

Hazırda oxunan: Daha bir cüdoçumuz Böyük Dəbilqədə qızıl medal qazandı

103013

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub. 

Bizim.Media xəbər verir ki, Balabəy Ağayev və Hidayət Heydərovun ardından Səid Mollayi (81 kq) də qızıl medal qazanıb.

İdmançı finalda belçikalı Mattias Kasse ilə görüşüb. Rəqibinə vazari ilə qalib gələn Mollayi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, tatamini tərk etdikdən sonra qısaca olaraq təəssüratlarını bölüşüb və "Yaşasın Azərbaycan!" şüarını səsləndirib.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO