“Böyük Dəbilqə”nin açılış mərasimi KEÇİRİLİB - FOTO 

“Böyük Dəbilqə”nin açılış mərasimi KEÇİRİLİB - FOTO 

Hazırda oxunan: “Böyük Dəbilqə”nin açılış mərasimi KEÇİRİLİB - FOTO 

102891

Noyabr ayının 4-ü Heydər Əliyev adına idman sarayında Bakı Böyük Dəbilqə turnirinin açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının məlumatında bildirilib.

Məlumata görə, mərasimin əvvəlində 2022-ci ildə Azərbaycanın cüdo üzrə əldə etdiyi nailiyyətlərə həsr olunmuş video çarx nümayiş olunub.

Videoda qeyd edilən il ərzində idmançılarımızın iştirak etdiyi turnirlər, medal verilmə mərasimləri və sevinc dolu anları əks olunub.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov ölkəyə səfər edən idmançıları və heyətləri salamlayıb və bildirib ki, cüdo Azərbaycanda ən sevilən idman növlərindən biridir: “Cüdo idman növü ölkədə populyardır.

Azərbaycan böyük beynəlxalq turnirlərə dəfələrlə ev sahibliyi edib. Ölkədə cüdo üzrə Dünya çempionatı keçirilib, ənənəvi olaraq hər il Bakı Böyük Dəbilqə turniri təşkil olunur. Bizim Olimpiya və Avropa çempionlarımız var. Bu da o deməkdir ki, cənab prezident İlham Əliyevin qayğısı nəticəsində cüdo Azərbaycanda sürətlə inkişaf edir”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rövşən Rüstəmov turnir iştirakçılarını salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib.

O, bildirib ki, bu il Azərbaycanda cüdonun 50 illik yubileyi qeyd olunur və bu səbəblə Böyük Dəbilqə turnirinə ev sahibliyi etmək xüsusi əhəmiyyət kəsb edir: “Bu illər ərzində idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər turnirlərdə çoxsaylı medallar qazanıb”.
Avropa Cüdo Birliyinin prezidenti Laszlo Tot BCF-in prezidenti adından bütün iştirakçıları salamlayıb və tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirib. Daha sonra Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının (BCF) himnləri səsləndirilib.

Açılış mərasiminin sonunda Azərbaycanda Cüdonun 50 illiyinə həsr olunmuş rəqs nümayiş etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO