13 cüdoçumuz Böyük Dəbilqədə mübarizəyə başlayır

13 cüdoçumuz Böyük Dəbilqədə mübarizəyə başlayır

Hazırda oxunan: 13 cüdoçumuz Böyük Dəbilqədə mübarizəyə başlayır

102750

Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək. 

Bizim.Media xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışın ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq. 

Kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə baş tutacaq. 

Böyük Dəbilqə 

Kişilər 

60 kq 

Kəramət Hüseynov - Vijay Yadav (Hindistan) 

Balabəy Ağayev - Şerzod Davlatov (Qazaxıstan) / Maksimilian Heyder (Almaniya) cütünün qalibi 

Turan Bayramov - İvan Salas (Venesuela) / Muslimbek Kerimov (Tacikistan) cütünün qalibi 

Rövşən Əliyev - Rodriqo Lopes (Portuqaliya) 

66 kq 

Orxan Səfərov - Munis Havsavi (Səudiyyə Ərəbistanı) 

Yaşar Nəcəfov - Xuan Ernandes (Kolumbiya) 

İslayıl İbrahimov - Strahinja Bunçiç (Serbiya) 

Kamran Süleymanov - Ayyub Elidrissi (Qətər) 

Qadınlar 

48 kq 

Leyla Əliyeva - Edna Karillo (Meksika) 

Aişə Qurbanlı - Qaliya Tınbayeva (Qazaxıstan) 

Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya) 

52 kq 

Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə) 

Aydan Vəliyeva - Faiola Diaz (Venesuela) 

Qeyd edək ki, 3 gün davam edəcək Böyük Dəbilqə turnirində 64 ölkədən 406 idmançı mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO