"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın "Styaua" klubunu çalışdıra bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniyanın "Prosport.ro" portalı məlumat yayıb.
Məlumata görə, Regekampfın bu vəzifəyə əsas namizəd hesab olunduğu, 47 yaşlı mütəxəssisin isə keçmiş klubunun təklifini rədd etməyəcəyi bildirilib.
Xəbərdə qeyd olunub ki, bu keçidin gerçəkləşməsi üçün "Styaua" "Neftçi"yə Laurentsiunun müqaviləsində nəzərdə tutulan 350 000 avro ödəməlidir.
Qeyd edək ki, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"nı çalışdıran Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:24 / 01.11.2022
"Neftçi"nin baş məşqçisi klubdan gedir?
Hazırda oxunan: "Neftçi"nin baş məşqçisi klubdan gedir?
Hazırda oxunan: "Neftçi"nin baş məşqçisi klubdan gedir?
102334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.