Azərbaycanda 3 idman federasiyası ləğv olundu

Azərbaycanda 3 idman federasiyası ləğv olundu

Hazırda oxunan: Azərbaycanda 3 idman federasiyası ləğv olundu

102328

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. 

Məlumata görə, Əlil Arabasında Qılıncoynatma Federasiyası, Motosiklet İdmanı Federasiyası və Miks Martial Arts Federasiyası ictimai birliklərinin federasiya statusu ləğv edilib. 

Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Tennis Federasiyası” İB, “Azərbaycan Bilyard Federasiyası” İB, “Azərbaycan Qış İdman Növləri Federasiyası” İB, “Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” İB və “Azərbaycan Minifutbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. 
Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə, 31 federasiyanın isə statusu dayandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO