Daha bir cüdo hakiminin kateqoriyası yüksəldi

Daha bir cüdo hakiminin kateqoriyası yüksəldi

Hazırda oxunan: Daha bir cüdo hakiminin kateqoriyası yüksəldi

102229

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.

Bizim.Media Federasiyaya istinadən xəbər verir ki, referi buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının (IOC) imtahanında nail olub.

Acalova 27 - 29 oktyabrda böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edib. O, həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.

Qeyd edək ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO