"Qarabağ" - "Frayburq" oyununun hakimləri BƏLLİ OLDU 

Hazırda oxunan: "Qarabağ" - "Frayburq" oyununun hakimləri BƏLLİ OLDU 

102179

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda keçiriləcək "Qarabağ" - "Frayburq" (Almaniya) matçına hakim təyinatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Aleksey Kulbakov olacaq.

Ona yan xətt hakimləri qismində Dmitri Juk və Aleh Maslianka köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Dmitry Dmitryiev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO