Şahruddin ən çox qurtarış edən qapıçılar sırasında

Şahruddin ən çox qurtarış edən qapıçılar sırasında

Hazırda oxunan: Şahruddin ən çox qurtarış edən qapıçılar sırasında

102151

UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarında ən çox qurtarış edən qapıçıları açıqlayıb. 

Bizim.Media turnirin "Twitter" səhifəsinə istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev də yer alıb.  

Məlumata görə, o, "Nant"la oyunda 6 qurtarış edib. Millimizin üzvü "Nant"dan Alfons Lafon, (6) "Betis"dən Klaudio Bravo (6) ilə birgə 3-5-ci pillələri bölüşdürüb. 

Siyahıya Maksim Koval ("Şerif") və  Aleksandros Paxalakis ("Olimpiakos") 7 qurtarışla başçılıq edirlər.  

Qeyd edək ki, "Qarabağ" 5-ci turda səfərdə "Nant"a 1:2 hesabı ilə uduzub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO