"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

Hazırda oxunan: "Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

102079

Azərbaycan Premyer Liqasının XII turunda "Şamaxı" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib. 

Bizim.Media Ağdam təmsilçisinə istinadən xəbr verir ki, 30 yaşlı yarımmüdafiəçi MRT müayinəsindən keçib. 

Onun diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq. 

Qeyd edək ki, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. Ölkə çempionu noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO