Azərbaycanın FIFA referisi Konfrans Liqası matçına təyinat alıb

Azərbaycanın FIFA referisi Konfrans Liqası matçına təyinat alıb

Hazırda oxunan: Azərbaycanın FIFA referisi Konfrans Liqası matçına təyinat alıb

102044

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, 31 yaşlı hakim İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO