Azərbaycan Basketbol Liqasının 3-cü turunun ən yaxşıları - SİYAHI 

Azərbaycan Basketbol Liqasının 3-cü turunun ən yaxşıları - SİYAHI 

Hazırda oxunan: Azərbaycan Basketbol Liqasının 3-cü turunun ən yaxşıları - SİYAHI 

101843

Oktyabrın 29-da “Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə Basketbol Federasiyasının məlumatında bildirilib.

Məlumata görə, günün ilk görüşündə “NTD BK” komandası “Zirvə Astara BK” basketbolçuları ilə qarşılaşıb. Görüş “NTD BK”nın 84-71 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ən məhsuldar basketbolçular “NTD BK”dan Stenford Vilyams (27 xal, 4 asist), “Zirvə Astara BK”dan isə Rashard Kriukşenk (32 xal, 7 ribaund) olublar.

Bildirilib ki, turun sonuncu oyunu isə region komandası “Olimpik Şəki BK” ilə “Sərhədçi PİK” basketbolçuları arasında olub. Qarşılaşma “Sərhədçi PİK” basketbolçuları 102-72 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ən məhsuldar basketbolçuları “Olimpik Şəki BK”dan Ceyson Brauer (27 xal, 5 ribaund), “Sərhədçi PİK”dan isə Maykl Vinn (25 xal, 4 asist) olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO