Avarçəkənimiz Avropa çempionu oldu - FOTO 

Avarçəkənimiz Avropa çempionu oldu - FOTO 

Hazırda oxunan: Avarçəkənimiz Avropa çempionu oldu - FOTO 

101819

İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.

“Baku” avarçəkmə klubu adından yarışan Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb.

O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə, 56.72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib. Diana Dimçenko finalda da uğurlu çıxış edib. Təmsilçimiz ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk idmançımızdır.

Qeyd edək ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında gümüş medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO