Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulacaq.
81 kq çəki dərəcəsində yarışan Məhərrəm İmamverdiyev monteneqrolu Nikola Stanisiç ilə üz-üzə gələcək.
90 kq çəkidə çıxış edən İsmayıl Zamanov isə Böyük Britaniya cüdoçusu Rayan Riksen Salmanla mübarizəyə start verəcək. O, bu rəqibini keçəcəyi təqdirdə növbəti mərhələdə Fransis Damyeri (Fransa) sınağa çəkəcək.
100 kq çəkidə isə Ruslan Nəsirli niderlandlı Kilian Bultuislə qarşılaşacaq. Qadınların yarışında isə iki Azərbaycan təmsilçisi 70 kq çəkidə Südabə Ağayeva, 78 kq-dakı təmsilçimiz Nərmin Əmirli tatami üzərinə çıxacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:26 / 29.10.2022
Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
101729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.