“Nant”ın stadionunda “Qarabağ” azarkeşlərinə nə qədər yer ayrılıb?

“Nant”ın stadionunda “Qarabağ” azarkeşlərinə nə qədər yer ayrılıb?

Hazırda oxunan: “Nant”ın stadionunda “Qarabağ” azarkeşlərinə nə qədər yer ayrılıb?

101485

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” Fransada “Nant”ın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media xəbər verir ki, meydan sahibləri azərbaycanlı azarkeşlər üçün 1800 yer ayırıb.

“Qarabağ”ın oyununa isə 500-ə yaxın azarkeşin gələcəyi gözlənilir.

Xatırladaq ki, "Bojuar" stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək. 

Hazırda "köhlən atlar" 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Liqa 1 təmsilçisi isə 3-cüdür. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək. Xal durumu: "Frayburq" - 12. "Qarabağ" - 7. "Nant" - 3. "Olimpiakos" - 1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO