"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşacaq.
"Bojuar" stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hazırda "köhlən atlar" 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Liqa 1 təmsilçisi isə 3-cüdür. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək.
Bu qrupun digər oyununda isə "Frayburq" Almaniyada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Xal durumu: "Frayburq" - 12. "Qarabağ" - 7. "Nant" - 3. "Olimpiakos" - 1.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:48 / 27.10.2022
"Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər
Hazırda oxunan: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər
Hazırda oxunan: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər
101361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.