Atıcımız dünya çempionatında gümüş medal qazandı - FOTO

Atıcımız dünya çempionatında gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Atıcımız dünya çempionatında gümüş medal qazandı - FOTO

101162

Misirin paytaxtı Qahirədə keçirilən güllə atıcılı üzrə dünya çempionatında idmançımız Ruslan Lunyov gümüş medal qazanıb. 

Bizim.Media xəbər verir ki, o, iriçaplı tapançadan 25 metr məsafəyə cəld atəş üzrə ikinci yeri tutub. Atıcımız 60 atəşdən 584 xal toplayıb. 

Qeyd edək ki, 33 yaşlı atletimiz karyerasında 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahibdir.

Ruslan Lunyov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitandır. 

Qeyd edək ki, Dünya Çempionatından idmançımız Nigar Nəsirova bürünc medalla qayıdıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO