Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurdu

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurdu

Hazırda oxunan: Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurdu

100902

Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində 20 və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub. 

Azərbaycan Ağır Atletika Federasiyasından Bizim.Media-ya verilən məlumatına görə, sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kq-ın öhdəsindən gələrək bürünc medala sahib çıxıb. 

O, təkanla hərəkətdə 189 kq-ı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO