“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” Fransa Liqa 1-də növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Antuan Kombuarenin baş məşqçi olduğu komanda XII turda “Nitsa”nın qonağı olub.
Qarşılaşma qalib müəyyənləşməyib.
Hesabı “Nant” açıb. Qolu 49-cu dəqiqədə İqnatius Qanaqo vurub. Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə isə “Nitsa” hesabı bərabərləşdirib. Nikolas Pepe penalty zərbəsi ilə fərqlənib.
Bu nəticədən sonra meydan sahibləri 13 xalla 12-ci, qonaqlar isə 11 xalla 15-ci sırada qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu II turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:44 / 24.10.2022
“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Hazırda oxunan: “Nant” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Hazırda oxunan: “Nant” “Qarabağ”la oyundan əvvəl xal itirdi
100769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.